Səbətiniz

  • Səbətdə məhsul yoxdur.

Kateqoriyalar

Sifarişi yoxlamaq

Sif. ID:

Xalqların Həlakı
ədəd

Quranda adı çəkilən qədim böyük sivilizasiyaların ölümünün və süqutunun praktiki olaraq bütün faktları arxiv sənədlərinin tədqiqi və bizim əsrdə arxeologiya sahəsində edilən kəşflərin sayəsində "görünmüş" və "tanınmış"dır. «Xalqların həlakı» adlı kitabda biz xalqların məhv olma səbəblərini öyrənirik. Ancaq qeyd etmək lazımdır ki, biz Quranda hər şeyi aydın anladılan xalqların tarixi haqqında bəhs etmirik, çünki bu vəhydə onların olduqları vaxt və yer bildirilmir, yalnız onların düşmənçiliklərinin, Allaha və peyğəmbərlərə olan itaətsizliklərinin gətirib çıxardığı aqibət bildirilir.
«Xalqların həlakı» adlı kitabın məqsədi Uca Allahın göndərdiyi dinin gerçəkliyini müasir elmi kəşflər əsasında hər kəsə - həm möminə, həm də kafirə göstərmək və Quranın həqiqiliyini bir daha sübut etməkdir.
Məhv edilmiş xalqlar haqqında ətraflı məlumat verən «Xalqların həlakı» kitabı da digər kitablarımız kimi Türkiyədə çap etdirilərək, rəsmi qaydada ölkəmizə idxal edilmişdir. Ən yüksək keyfiyyətli kağızdan istifadə edilərək çap edilən, ən gözəl cildə malik olan rəngli «Xalqların həlakı» kitabı 200 səhifədən ibarətdir.

Səhifə: 200

Ağırlığı: 370 qram

Sayt vasitəsi ilə satış qiymətimiz: 4,00 AZN

  • ISBN: 978-975-6426-94-4